İdman

“Azərbaycanla görüş qrupun top-oyunu olacaq” – Yoahim Löv

12-10-2016, 18:18
"Məqsədimizə çatmaq üçün sona qədər mübarizəmizi davam etdirəcəyik. Arxayınlaşmaq fikrimiz yoxdur”.

Xeberman.com-un məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qalib gəldikləri oyundan (2:0) sonra deyib

Millimizin qrupdakı uğurlu çıxışına da toxunan baş məşqçi martda komandamızla keçiriləcək oyundan da danışıb: "Azərbaycan millisi turnir cədvəlində bizim ən yaxın izləyicimizdir. Gələn ilin mart ayında bu rəqiblə qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top-oyunu olacaq”.
 
Qeyd edək ki, Azərbaycan – Almaniya matçı  martın 26-da keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]