Maraqlı

Azərbaycanın ən hündür adamı

12-10-2016, 02:48
Azərbaycanın ən hündür adamı

Azərbaycanın ən hündür adamı Aqil Sadıqzadə A24.az-a müsahibə verib.

Xeberman.com xəbər verir ki, boyu 2,24 sm olan Aqil insanların sual dolu baxışlarından təngə gəldiyini bildirib.

- Aqil, ailəlisinizmi?

- Xeyr, subayam.

 

- Geyimlərinizi necə və haradan alırsınız?

- Xüsusi dərzim var, ona tikdirirəm.

- Boyunuz uzun olduğu üçün hansısa yarışlara qatılmısınızmı?

- Bəli, ATV kanalında yarışa qatılmışam. Ancaq hal-hazırda taekvondo üzrə məşqlərə başlamışam, gələcək planlarım bu sahəyə aiddir.

- Cəmiyyət arasında gəzərkən sıxılırsınızmı? İnsanların baxışları sizi narahat edir?

- Xeyr, sıxılmıram. Hərdən insanların sual dolu baxışlarından təngə gəlirəm, amma artıq qəbul etmişəm. Bəzən düşünürəm ki, mən normalam, insanlar cəmiyyətdə inkişafdan geri qalıblar, elə insanların sözlərindən təngə gəlirəm. Qızılgülün də tikanı, səni incidəcək yeri, hər müsbətin arxasında bir mənfi, mənfinin də önündə müsbət var. Yəni cəmiyyət həmişə belə olub. Bəzən başında tük olmayan insanlar mənə deyirlər: "Gözlə, başın qapıya dəyər”. İstəyirəm deyəm ki, "mən sənə deyirəm, get keçəl başına tük əkdir?” Hər bir insanın güzgüyə baxanda müsbətləri və mənfiləri var. Mən güzgüyə baxanda özümdə mənfiliklər görmürəm.

- Belə bir hal olubmu ki, xoşunuza gələn bir xanım olsun və yaxınlaşmağa cəhd etməmisiniz və ya yaxınlaşıb rədd cavabı almısınız?

- İndiyədək heç bir qadından rədd cavabı almamışam.

- Sevdiyiniz xanım var?

- Ola bilər, ancaq hal-hazırda nişan, toy üçün dəqiq tarix deyə bilmərəm. Şəxsi həyatımın gizli qalmasını istəyirəm.

- Hamıdan hündür olmanın mənfi və müsbət cəhəti nədir?

- Mənfisi odur ki, qapıdan keçəndə başım dəyir (gülür). Müsbət cəhəti isə cəmiyyətdə yaşıma görə, özümə görə statusum müsbətdir.

- Bu arada, neçə yaşınız var?

- 26 yaşım var.

- Hərbi xidmətdə olmusunuzmu?

- Aparmadılar ki, boyun çox hündürdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]