Foto Fakt

Günün fotosu - Futbol eşqi, futbol məşqi

10-10-2016, 13:10
 Günün fotosu - Futbol eşqi, futbol məşqiBu şəkil Bakıda, sökülüb bitməkdə olan "Sovetki"də Məmməd Şərif adlı fotoqraf çəkib.

Şəkildə topla məşq edən 10-12 yaşlı uşaq görürsünüz. Onu milyonlarla futbolsevər yaşıdından fərqləndirən cəhət topla qoltuq ağaclarına dayanaraq məşq etməsidir.

Bu uşaq şikəst deyil, sadəcə, ayağını zədələyib - həm də güman ki, bir neçə gün öncə asfalt üzərində futbol oynayanda.

Bu, şəkil bir uşağın futbola eşqinin şəklidir. 

O, bəlkə də indən belə yaxşı futbol oynaya bilməyəcək, yenidən zədələnməkdən qorxacaq. 

Amma bu qorxu onun qəlbindəki futbol eşqinin öləziməsinə səbəb olmayacaq.
mb]

Administratorla əlaqə

077 611-55-22

[email protected]