İdman

Azərbaycan-Norveç oyununda birinci hissə bitdi: Millimiz öndədir

8-10-2016, 21:13
 Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb. 

Xeberman.com xəbər verir ki, ilk ev matçında yığmamızın rəqibi Norveçdir.

İlk görüşündə səfərdə San Marinonu üstələyən Robert Prosineçkinin komandası ardıcıl ikinci qələbəsini qazanmaq arzusundadır. Bunun üçün rəqib də münasibdir.

Ötən tsikldə millimiz Bakıda Norveçə uduzsa da, Prosineçkinin gəlişindən sonra səfərdə bu komandadan 1 xal almağı bacarmışdıq. 

Azərbaycan-Norveç matçının birinci hissəsini milli komandamız 1:0 öndə tamamlayıb. Qolu 11-ci dəqiqədə müdafiəçimiz Maksim Medvedyev vurub.


DÇ-2018-in seçmə mərhələsi

C qrupu

II tur

8 oktyabr

20:00 Azərbaycan - Norveç - 1:0 (Birinci hissə)
Qol: Maksim Medvedev, 11 (1:0)
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu   

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]