Avto

Bakıda Dubay nömrəli “Lamborghini” cərimə meydançasına salındı – FOTO

8-10-2016, 01:44
Bakıda Dubay nömrəli “Lamborghini” cərimə meydançasına salındı – FOTO

Bakıda yol polisi yarım milyonluq "Lamborghini” markalı avtomobili cərimə meydançasına salıb.

Xeberman.com-un xəbərinə görə, bu barədə Criminal.az-a avtomobilin sahibi Xəyal Tağızadə məlumat verib. "Lamborghini”nin sahibi avtomobilinin cərimə meydançasına salınmasında mətbuatı günahlandırıb.

Belə ki, ötən gün avtosfer.az-da "Bahalı avtomobili Bakıda Dubay nömrəsi ilə sürən kimdir?” başlıqlı yazı dərc edilib. Həmin yazıda qeyd olunub ki, L1117 Dubay nömrəli "Lamborghini” Bakıda bir neçə aydır sürülür.

X.Tağızadə onu da əlavə edib ki, avtomobil ona məxsusdur və avqust ayında Dubaydan Bakıya gətirilib: 

"Avtomobilin üç ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Mən nə məmur oğluyam, nə də avtoş... Niyə rahat yaşamağa qoymursunuz bizi? Fəxr etməlisiniz ki, azərbaycanlı "Lamborghini” sürür. Mən halal pulla qazanıb avtomobil almışam. Bir həftədən sonra avtomobil yenidən Dubay şəhərinə aparılacaq”.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]