Mədəniyyət

Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək

6-10-2016, 02:10
Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək
Ümumrusiya Azərbaycan Konqresi Nijni Novqorod regional bölməsi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Nijni Novqoroddakı nümayəndəliyi Müslüm Maqomayevin mədəni-musiqi irsi Fondunun dəstəyi ilə Nijni Novqorodda SSRİ Xalq artisti, görkəmli sovet, Azərbaycan və Rusiya opera və estrada ifaçısı, bəstəkar Müslüm Maqomayevin xatirəsinə konsert təşkil edəcək.
 
Bu barədə APA-ya ÜAK Nijni Novqorod bölməsinin mətbuat xidmətindən məlumat verilib.
 
Əfsanəvi Müslüm Maqomayevin repertuarındakı mahnıları ümumrusiya və beynəlxalq müsabiqələr laureatı Nikolay Penyakin tərəfindən ifa ediləcəyi bildirilib.
 
Tədbir çərçivəsində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr edilmiş fotoşəkillər, bioqrafik kitablar və musiqi irsi sərgilənəcək. Proqramın konsert hissəsində başqa ifaçılar və yaradıcı kollektivlər də öz istedadlarını nümayiş etdirəcəklər.
 
Konsert oktyabrın 29-da saat 17:00-da Nijni Novqorodun Mərkəzi dəmiryolçular mədəniyyət evində keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]