Layihə

Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir

2-10-2016, 18:43

Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edirAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində

təlimlər davam edir. Bakı, Quba və Şirvandan sonra təlimlər Mingəçevir şəhərində baş tutub.

 

Mingəçevir Regional QHT  Resurs və Təlim Mərkəzində  region vətəndaş cəmiyyəti  nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda  təlim keçirilib.

 

Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edirTəlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

 

Təlimdə  Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi  iştirak edib.

 

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az)  elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim  zamanı bir-neçə Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir region QHT-si üçün subdomenli saytlar və QHT liderlərinin üçün bloqlar yaradılıb.

 

Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.

 

Xatırladaq ki,  www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Bundan başqa 100 QHT lideri üçün bloqlar yaradılıb və onkar haqqında informasiya bankı formalaşdırılıb.

Eyni  zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır.

Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir

Administratorla əlaqə

077 611-55-22

[email protected]