Layihə

“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir

2-10-2016, 17:46

“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir29-30 sentyabr 2016-cı il tarixlərdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində şəhər körpələr evi uşaq bağçalarının komandaları arasında (5 oğlan, 5 qız) "Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir.Oyunlarda 8 komanda iştirak etmışdir.

Oyunlar 5 mərhələdə (maneələrin arasından qaçaraq keçmək, ayaqlar kisənin içində tullanaraq məsafani dəf etmək, topu ayaqla qapıdan keçirmək, yerindən uzunluğa tullanmaq, kəndirin dartılması) keçirilmişdir.

"Şən startlar” əyləncəli idman oyunlarında komandaların nəticələrini qiymətləndirmək üçün 5 nəfərdən ibarət hakimlər heyəti təyin edilmişdir:

 

“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir1.Tahir Quliyev - Gənclər və İdman idarəsinin rəis müavini - baş hakim

2.İsmayıl Abdullazadə - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi - hakim

3.Məhəmməd İsayev - Uşaq Gənclər İdman Məktəbinin metodisti - hakim

4.Cabbar Hacıyev - Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi - hakim

5.Azər Həsənov - Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi - hakim

Tədbiri giriş sözü ilə oyunların baş hakimi, ”Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Tahir Quliyev açaraq komandaları salamladı, oyunların qaydalarını izah etdi və onlara uğurlar arzuladı.

“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdirOyunlar püşkatma yolu ilə keçirilmişdir. Uduzan komanda oyunu tərk etmişdir.Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda yarımfinala vəsiqə qazanmış 4 və 7 saylı,6 və 8 saylı şəhər körpələr evi uşaq bağçalarının komandaları mübarizə aparmışlar. Finalda isə rəqiblərini məqlub edən 6 və 7 saylı körpələr evi uşaq bağçalarının komandaları görüşmüşlər. Daha güclü olan şəhər 6 saylı körpələr evi uşaq bağçalarının komandası I yeri tutmuşdur.Tədbirin sonunda Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək qalib komandaları təbrik etdi və belə tədbirlərin gələcəkdə də keçiriləcəyini vurğuladı. Hər dörd komandaya Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları, komanda üzvlərinə isə xatirə hədiyyələri ilə təqdim olunmuşdur.

“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir
“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir
“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir
“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir
“Şən startlar” əyləncəli idman oyunları keçirilmişdir

Administratorla əlaqə

077 611-55-22

[email protected]