Maraqlı

10 ildir evliyəm, dünyanın ən xoşbəxt qadını idim, taki Facebookda bu ismarıcı alana kimi

2-10-2016, 02:54
 
10 ildir evliyəm, dünyanın ən xoşbəxt qadını idim, taki Facebookda bu ismarıcı alana kimiBaşımdan keçən bu hadisənin pis nümunələrə qarşı ibrət olması üçün yazmaq ehtiyacı hiss etdim. 10 illik evliyəm, mənim 30, həyat yoldaşım 32 yaşı var, 2 uşaq sahibiyik.
 Ötən ilə qədər dünyanın ən xoşbəxt qadını itim. Taaki o mesaj mənim facebook hesabıma gələnə qədər. O gün dünya başıma yıxıldı sandım... Nə edəcəyimi bilmədən, təxminən 8 ay keçdi.
 Həyat yoldaşım zaman-zaman dəyişən halımı görüb, nə olduğunu soruşsa da,  bir şeyi bəhanə edib, çıxırdım, amma ona olan  qəzəb hissi  danışılacaq kimi deyildi. Həyat yoldaşımı çox sevirdim, ondan başqa sığınacağım yoxdu, səhvi olsa da onu itirmək istəmirdim. Həyat yoldaşım çox əhəmiyyətli bir mövqedə, yaraşıqlı, işində uğurlu və çox tanınan hörmətli biridir. 
 Mənə gələn bir mesaj" sən o adamın, həyatının geri qalanını məhv etmə bari. Bir-birimizi sevirik, özü sənə deyə bilmir, amma artıq mən dözmürəm...Hər axşam sənin yanına getməsinə dözmürəm. O tək məni sevir, amma sadəcə mövqeyindən dolayı kimsəyə bir şey demir. Hörmətdən düşməsindən qorxur..." kimi cümlələrlə uzanıb gedən gedən bir məsaj idi.
 Həyat yoldaşıma belə bir mesaj aldığımı demədim. Onu itirməkdən çox qorxdum, amma nə edəcəyimi də bilmirdim. Çox əzab çəkirdim...Mənə qarşı marağı heç əskik olmurdu, amma hamısı bir oyun olduğunu düşünürdüm.
 Bir gecə cib telefonuna girdim. Facebookdan mesajlar qismini oxudum. Oxudum amma bir şok daha yaşadım. Bu şok başqa idi. Mənə yazan qadın Həqiqət adı bir qadın idi. O,həyat yoldaşıma çoxlu mesajlar yazıb. "Səni çox sevirəm, arvadın sənin yanına heç yaraşmır, mənim nəyimi bəyənmirsən, niyə mənə həmişə pis davranırsan? Təklifimi niyə həmişə rədd edirsən? Nə görmüsən o gombil arvadından anlamıram. Mənim arxamda kimlərin süründüyünü sən bilirsən? Amma mən səni o həyat yoldaşından uzaqlaşdıracağam, görəcəksən..." Kimi yazışmalar var idi. Həyat yoldaşım həmişə onu özündən uzaqlaşdırmağa çalışıb.
 Həyat yoldaşıma qarşı içimdə hər şey tədricən bitməyə başladığı anda, yenidən  ona aşiq oldum. Dünyanın ən xoşbəxt qadını hiss etməkdə nə qədər haqlı olduğumu 8 aydır keçən əzabdan sonra bir daha anladım

Administratorla əlaqə

077 611-55-22

[email protected]