Maraqlı

Hansı məşhurlarımız falçılara müraciət edir? - MARAQLI

30-09-2016, 22:09
Hansı məşhurlarımız falçılara müraciət edir? - MARAQLI

İnsan gördükləri işin uğurlu alınması və hər kəs tərəfindən qəbul edilməsi üçün əllərindən gələni edirlər. Amma bəzən yolunda getməyən hadisələr baş verir. Belə anlarda insan çox zaman ya xəyalqırıqlığına uğrayır, ya da bu durumun bir an öncə bitməsi üçün böyük əmək sərf edir. 

Bu vəziyyətə məşhurların arasında daha çox rast gəlinir. Bəzən gördükləri işin nə dərəcdə uğurlu olub-olmaması, davamlılıq müddəti onlar düşündürür. 

Bir çox insan isə görəcəkləri işlərin uğurlu alınması, gələcəkdə onları görən hadisələri qabaqlamaq üçün möhvümatçılığa üz tutur, falçı və ekstrasensə müraciət edir. Bəs, Azərbaycanın məşhurları necə falçı və ekstrasenslərə üz tuturmu? Qaynarinfo.Az bu sualla bir neçə məşhura müraciət edib.

Produser Təranə Səmədova: "Şəxsi həyatımla bağlı bir neçə dəfə getmişəm. Sınamışam, yoxlamışam, amma inanmıram. Ona görə də layihələrimlə bağlı getmirəm. Düzdür, insan bir az ümidsizliyə qapananda çıxış yolu axtarır. Bu halda hər kəs kimi müraciət etmişəm. Amma indi heç yerə, heç kimə müraciət etmirəm. Ziyarətlərə gedirəm və bununla məni təskinlik tapıram".

Müğənni Roza Zərgərli: "Qonşu kanallarının birində ektrasens verilişi var idi. Onun aparıcısı Zabir Əliyev bizim verilişin redaktorudur. Mən həmişə ondan soruşanda deyirdi ki, boş şeylərdir. Belə bir deyim var ki, "fala inanma, falçıdan da qalma". Fala inanıram, amma hansısa işlə bağlı falçıya müraciət etməmişəm".

Rəqqasə Fatimə: "Mənə Qurandan hansı surəni deyirsən, əzbər deyim. Çox adamdan eşitmişəm ki, guya layihələrimin uğurlu olması üçün falçı yanına gedirəm. Hamı bilsin ki, Fatihə yalnız Allaha üz tutur, ondan kömək istəyir".

Xatırladaq ki, bir neçə gün əvvəl Qaynarinfo.Az-a danışan ekstrasens Aqil Məhərrəmov maraqlı açıqlamalar vermişdi. Ekstrasens ad çəkməsə də, ona müraciət edənlərin arasında məşhurların olduğunu bildirmişdi: 

"Bu günə qədər yetərincə məşhurlar mənə müraciət edib. Ad çəkmək peşə kodeksimə ziddir. Necə ki, həkimlər öz xəstələri bağlı məlumatları məxfi saxlayır, bizdə də elədir. Kiminsə sirrini açıb, ad çəkmək düzgün olmaz. Onların istəklərinə gəlincə, məşhur aparıcılardan bir neçəsinə kömək etmişəm ki, əllərindən alınan proqramları geri qaytarılsın, işləri yoluna düşsün. Bəzi müğənnilər var ki, evlənməyiblər, toy dəvətləri almayıblar. İstəyiblər ki, əksinə olsun. Onlara bununla bağlı köməklik etmişəm. Əminliklə deyirəm, bir müğənni var ki, mənim köməkliyimlə tanınır. Hansı ki, 6 il öncə mənə müraciət etmişdi. Elə müğənni var ki, şəxsi həyatında özünə uyğun adam tapa bilmirdi, mənə müraciət etmişdi. Hazırda sənətdən bir az uzaqlaşsa da, həyatı istədiyi kimi davam edir, çünki cadusu təmizlənib. Çox məşhurlar isə cadusu olduğu üçün mənə müraciət edirlər".

Zümrüd

Administratorla əlaqə

077 611-55-22

[email protected]