Elm

Yüksək bal toplayan tələbələrə pul mükafatı verildi - FOTO

30-09-2016, 02:16
"Hilal Group" MMC-nın baş ofisində Qazax rayonu üzrə tam orta məktəblərdən məzun olaraq TQDK-nın təşkil etdiyi imtahanlarda ən yüksək balla ali məktəblərə qəbul olmuş tələbələrə: 1-ci yerin qalibi, 700 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuş, prezident təqaüdçüsü Səbinə İsmayılova, 2-ci yerin qalibi, 690 balla ADA Universitetinə qəbul olmuş, Prezident təqaüdçüsü İlham Mirzəyev, 3-cü yerin qalibi, 682 balla Bakı Dövlət Universitetinə qəbul olmuş Leyla Məmmədova və ən yüksək balla (544 bal) Bakı Dövlət Universitetinin Qazax filialına qəbul olmuş Venera Məmmədovanın "Hilal" mükafatı ilə təltif edilməsi mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan "Hilal" mükafatının Təşkilat Komitəsinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Yusif Alıyev tədbir iştirakşılarını salamlayaraq "Hilal" mükafatının yaranmasından və keçdiyi maraqlı yoldan geniş danışaraq mükafata layiq görülmüş tələbələr haqqında məlumat verdi. 

Daha sonra "Hilal" mükafatının təsisçisi, iş adamı Arzuman Abdulkərimov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin təhsil islahatlarından danışdı. Arzuman Abdulkərimov, həmçinin qeyd etdi ki, ölkədə təhsilin inkişafında Heydər Əliyev Fondu müstəsna rola malikdir: "Fondun Prezidenti Mehriban xanım Əliyevanın iş adamlarının məktəbə, təhsilə dəstək göstərməsi çağırışına səs verərək orta məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla ali məktəblərə daxil olmuş tələbələr üçün "Hilal" mükafatını təsis etdik. Bu il ilk dəfə olaraq bu mükafatı təqdim edirik, inşallah gələcəkdə bu mükafatı daha geniş formada təqdim edəcəyik".

Daha sonra çıxış edən millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Kamran Nəbizadə, millət vəkili Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyeva, Bakı Slavyan Universitetinin professoru, tənqidçi Rüstəm Kamal, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət, iş adamı Məlahət Qurbanova, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Almaz Həsrət, dəyərli ziyalı xanım Sultanxanım Nəsibova, Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Vaqif Qızı çıxış edərək "Hilal" mükafatının əhəmiyyətindən və gərəkliliyindən danışıblar. "Hilal" mükafatının təsisçisi Arzuman Abdulkərimova minnətdarlıq və təşəkkürlərini bildirərək, Təşkilat Komitəsinə və mükafata layiq görülmüş tələbələrə uğurlar arzulayıblar.

Tədbirin sonunda "Hilal" mükafatı öz layiqli qaliblərinə təqdim edildi. Həmçinin qaliblərə iş adamı Məlahət Qurbanova, De Laron firmasının təmsilçisi Renat Kosayev, "Alisoy Butik"in rəhbəri Nərminə Alısoy tərəfindən qiymətli hədiyyələr verildi.
Həmçinin "Hilal" mükafatının ərsəyə gəlməsində daim diqqət və qayğılarını əsirgəməyən millət vəkili Adil Əliyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, professor Məlahət Dəmirçiyeva və iş adamı Məlahət Qurbanova "Hilal" mükafatının diplomları ilə təltif edildilər. 

Görüşdə, həmçinin Azərbaycan Kikboksinq Federasiyasının üzvü Müsfiq Məmmədov, "Avey" İdman Klubunun direktoru Şahsuvar Məhyəddinov, "Hilal Group" MMC-nin direktoru İmran Abdullayev, "Qaradag2008" MMC-nin direktoru Mətləb Abdulkərimov, Tural Səmədov, Könül Nəzərova və "Hilal" mükafatının qalibləri iştirak ediblər.

Milli.az

 














Administratorla əlaqə

077 611-55-22

[email protected]