Reportaj

Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

15-12-2015, 18:24
	Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb. 12 dekabr 2015-ci il tarixində Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyularaq anım mərasimi keçirilib.
Tədbirdə Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr aziri Denis Afanasyev, Həştərxan şəhər administrasiyasının rəhbərinin müavini Sergey Aqabekov, Həştərxan şəhərinin Sovetskiy rayonunun başçısı Yuriy İvanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov və diaspora nümayəndələri, Heydər Əliyev adına 11 saylı məktəbin müəllim və şagirdləri və AMOR-un üzvləri iştirak ediblər.
Mərasimdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər Azərbaycaın hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.
	Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.
	Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]