Müsahibə

Hacı Tahir Abbaslı: "Müxalifət keçmiş səhvləri düşünüb.daha münasib addımlar atmalıdır"

29-09-2016, 01:26

Hacı Tahir Abbaslı: "Müxalifət keçmiş səhvləri düşünüb.daha münasib addımlar atmalıdır"

"Şüarçılıq, qaraguruhçuluqla deyil, daha mütərəqqi addımlar ataraq xalqın siyasi maariflənməsinə çalışmalıdır"

Cəmiyyətin bütün təbəqələrindən əli üzülən, geniş xalq kütlələrindən heç bir ciddi dəstək əldə edə bilməyən radikal müxalifət son vaxtlar dindarların bazasından yararlanmağı qarşıya məqsəd qoyub. Elə Milli Şura adlanan qurum və Müsavat Partiyasının referendumdan əvvəl keçirdiyi etiraz aksiyalarının iştirakçılarının əksəriyyətinin dindarlar olması belə deməyə əsas verir. Son illərə qədər dindarlardan uzaq gəzən radikalları indi dini inanclı insanlara özünü yaxın göstərməsi heç də müsbət qəbul edilmir. İstər siyasi, istərsə də dini cəhətdən radikal yanaşmalardan tamamilə uzaq olan dindarlar isə müxalifətin bu cəhdini kəskin tənqid edir. İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı hesab edir ki, dindarlardan siyasi məqsədlər, şəxsi maraqlar üçün istifadə etmək qəbuledilməzdir.

-Tahir bəy, son vaxtlar bəzi siyasi təşkilatların ölkənin dini kəsimindən bir vasitə, şəxsi maraqlarına nail olmaq məqsədilə yararlandığı müşahidə edilir. Bu hala qarşı münasibətiniz necədir?

-Bismilləhir rahmənir rahim. Azərbycanın hər bir vətəndaşının Allaha və onun dininə mütləq inamı var. Sadəcə kimisi dinin buyurduqlarına nisbətən artıq riayyət edərək, həyat tərzini və dini düşüncələri ilə yaşayır, kimisi isə dili və qəlbində izhar edir. Demək harada insan (toplum) varsa, orada Allah var. Allah varsa dini də var. Əvvəlcə onu qeyd edim ki, dini kəsim ifadəsi yanlış fikirdir. Çünki, dindarlar ilk öncə vətəndaşdırlar və ölkədə baş verən hadisələrdə vətəndaş mövqeyindən iştirak edirlər və etməlidirlər. Onlari xalqın tərkib hissəsindən ayrmaq ciddi problemlər, ixtilaflara gətirib çıxarda bilər. Din bizlərə daha çox insanların arasında olmağı və onların qayğısına qalmağı tövsiyyə edir. Xalqdan ayrı düşmək, zahidlik isə Allah qarşısında yaxşı qarşılanmır. Cəmiyyətin dərdinə dəyməyən din din deyil. Din hər bir şəxsi insafla yanaşmağa və ədalətli qərar verməyə çağırır. İstər iqtidar olsun, istərsə də müxalifət. İstər güclü olsun, istərsə də zəif. İstər var-dövlət sahibi olsun, istərsə də fəqir. Fərq etməz. Yanlışlıq və günah hər tərəfdə ola bilər. İnsanlar xəta və günahlardan qail deyil. Həqiqi dindar bilgiləri, əqidə, etiqad və mərifətləri ilə xalqının hidayət olunması üçün çalışaraq, Allaha xatir lazım olan yerdə olub, hər şeyindən keçməyə hazır olmalıdır. Elə bir sahə yoxdur ki, orada dinin fikiri, təsiri, məsələlərə münasibəti, öyrətməyi və istiqamət verməyi olmasın. Siyasətdə də bütün vasitələrdən eləcə də dindən bəhrələnmək istəyənlər olub və yəqin ki, gələcəkdə də olacaq. Lakin din elə incə bir mövzu və fikir hərəkətidir ki, azacıq yanlışlıq ictimaiyyətdə ciddi gərginlik yaradar, ixtilaflar salar, düşmənçilik yaradar və insanlar həm dünyalarını, həm də axirətlərini viran edərlər. Buna görə dinin biliciləri (alimləri) bilgiləri ilə xalqı və dövləti təmsil edənləri mütamadi bilgillərlə təchiz etməlidir. Müxalifət də öz növbəsində, ötən illərin ağrı və acılarını araşdırmalı, ən azından geriyə dönüb keçmiş səhvləri düşünüb.daha münasib addımlar atmalıdır. Şüarçılıq, qaraguruhçuluqla deyil, daha mütərəqqi addımlar ataraq xalqın siyasi maariflənməsinə çalışmalıdır. Bu arada siz deyən kimi dini kəsimlə tək mitinqlərdə deyil, dini ritualları yerinə yetirmədə də yan-yana olmaq lazımdır. Təəssüflər olsun ki, müxalifət hələ də dinimizə biganə və laqeyiddir. Mitinqlər özü bir mədəniyyət və mərifətdir. İnsanların bir-birilərinə və eləcə də yaşadıqları ölkənin ictimai və siyasi məsələlərinə münasibət sərgisidir. Ona görə mitinq təşkilatçılarının şəxsi istək və arzuları öndə olduğu görüntüsü yaranır.

-Sizcə dini kəsimdən istifadə etmək, radikal dindarları mitinqlərə cəlb etməklə hansısa uğura imza atmaq mümkündürmü?

-Dində dini radikallıq termini yoxdur. Din həlimlik, haqq-ədalət, səxavət, mərhəmət, bağışlamaq və s. insanların həyat tərzini gözəlləşdirən,ona saflıq və səfalıq gətirən xoş xüsusiyyətləri təlqin edir. Din radikallığı aşkar düşmən olan şeytana və öz nəfsinə yönəldir. Bu nöqteyi nəzərdən əgər insanlarıın düşünməli və öyrənməli bir şeyi olacaqsa mitinqlərdə olmaq zərutəti yaranır və yaxşı hal hesab edirəm. Yox, əgər öz fikirlərini sırımaq və insanları düşünməkdən məhrum edəcəksə, uğur-filan olmayacaq. Əksinə təkkəbürlük, istehza, yalan, qəzəb, nifrət və s. böyük günahlar ayaq açıb düşmənçiliyə gətirəcək. Şeytan da sui istifadə edib, hər kəsin fatuhəsini oxuyacaq. Kimisi bu dünyada, kimisi də axirətdə və kimisi də həm bu dünyada həm də axirətdə cəzalarınnı alacaqdlar. Sonuncuya xüsusən lider iddiasında olanlar mübtəla olcaqlar. Bir şeyi də qeyd etmək yerinə düşər ki, vətandaşlarımız zehinlərində Allaha inandıqları kimi, şeytanın varlığına inanmalıdırlar. Özü də insanların haqq və düz bildiyi yolda pusquda durub, azdırmağa çalışır. Belə mitinq və tədbirlərdə istənilən təxribatlar yaratmağa ustad və alimdir.

-Mövcud situasiyada sizcə dini inanclı insanlar hansı mövqeni nümayiş etdirməlidirlər?

-Allaha çox şükür ki, ölkəmiz və dövlətimiz var və bu bizlərə böyük nemətdir. Vətandaşlarımızın sınaqlardan və imtahanlardan çıxması üçün hər cür şəraitimiz də var. Bu nemətləri qorumaq üçün ağlımızı işlədib, mümkün olan qlobal problemlərdən və xətalardan qaçmaq haqqında ciddi düşünməliyik. Fürsətdə duran düşmənlərin (güc ölkələrin və xüsusən hər vaxt arxadan bıçaq vuran qonşu Ermənistan) təxribat törətməsinə imkan verməməliyik. Hər bir vətandaş hamılıqla araşdırma-təhlil edib, ölkə daxili və xarici siyasi-iqtisadi və hərbi hadisələri ağıl süzgəcindən keçirməlidir ki, lazım olan anda, lazım olan yerdə var qüvvəsi ilə ölkəmizə və dövləçiliyimizə Allaha xatir mübarizəyə hazır olsun. İndi dost itirən vaxtımız deyil. Böyük düşmənləri təyin edib, ona qarşı elliklə, milliliklə müqavimət göstərmək haqqında daha çox düşünməliyik. İmam Əli(ə) müxlifətdə 25 il qaldı və heç vaxt üsyankarlıq etmədi. Əksinə öz gözəl əxlaq-mənəviyyatı, ədəb-mərifəti. əqidə-etiqadı ilə gözəl nümunə olub, iqtidardakıların hidayət olunması üçün var qüvvəsi ilə dövlətinə xidmət etdi və gələcək nəsillərə nümunə oldu. Hədisdə hz. Əli (ə) buyurub: "Ağıllı insan pislə yaxşını ayran yox, ikipisin arasından pisliyi az olanı seçən insandır". Başqa bir hədisdə İmam Əli (ə) buyurub: "Müsəlmanlar bir-birilərinə ya mömün (qardaş) kimi, ya da Allahın yaratdıqları kimi yanaşmalıdılar. Hə ikisi (mömün və Allahın yaratdğı) kimi baxsalar daha gözəl olar"..

-Milli Şuranın dindarlardan bir vasitə kimi istifadə etməsinin arxasında hansı maraq durur?

-Hazırda Milli Şura daha çox münsif rolunda görünür. Xəstəlikləri görür, amma müalicəsini edə bilmir. Bir dəstə sönük insalar xalqı düşünməkdən məhrum etməklə məşğuldur. Bilərəkdən ya bilməyərəkdən fərq etməz. Təssüflər olsun ki, Milli Şura bu vaxta qədər nə din və dindarlar mövzusunda tədbirlər keçirib, nə də mövqelərini bildirməyiblər. Düzdü zahiri görüntüdə bir neçə hacı orada təmsil olunurlar. Amma bu böyük amallar üçün mübarizə edənlər üçün bu cür gedişlər kifayət deyil. Hətta Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi "Qarabağ və din" mövzusundakı tədbbirlərə qatılmırlar. Bu bizim indiyə kimi Milli Şuranı hərəkətində müşahidələrimizdən görünür. Milli Şura barışdırıcı mövqedən istər müxalifət və istərsə də dini təfəkkürdə olan insanlar arasında birliyə yönəlik ciddi bir addımlar atmayıb. Ona görə belə tətdbirlərdə dindarların iştirakını onların saylarını çox göstərmək xatirinə atılan addımlar hesab etmək olar.

Süleyman

Administratorla əlaqə

077 611-55-22

[email protected]