Gündəm

Dünyanın ən korrupsiyalaşmış ölkələri: Siyahıda Azərbaycan da var

28-09-2016, 23:49
Dünyanın ən korrupsiyalaşmış ölkələri: Siyahıda Azərbaycan da var

Beynəlxalq Şəffaflıq Təşkilatı (BŞT) 2016-cı il üçün dünyanın ən korrupsiyalaşmış ölkələrinin adlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, 169 ölkənin daxil olduğu siyahıda Azərbaycanın da adı var.

Adımız 100-lükdə yoxdur. BŞT-in siyahısına sui-istifadə hallarının, rüşvət al-verinin və hökumət daxilində korrupsiya anlaşmalarının ən çox baş verdiyi dövlətlər daxil edilib. Danimarka dünyanın ən şəffaf ölkəsi olduğu halda Somali 169-cu yerlə dünyanın ən korrupsioner ölkəsi kimi təqdim olunub.

İlk beşliyə Danimarka, Yeni Zellandiya, Finlandiya, İsveç və Norveç daxildir. İlk onluqda Müstəqil Dövlət Birliyi (MDB), yaxud keçmiş sovet respublikalarından heç birinin adı yoxdur. Keçmiş ittifaq respublikalarının siyahıdakı yerlərinə gəlincə: Litva 40, Latviya 47, Gürcüstan 52, Ermənistan 90, Moldova 98, Belarus 118, Azərbaycan 122, Rusiya 129, Qazaxıstan 135, Ukrayna 143, Qırğızıstan 146, Tacikistan 149, Türkmənistan 162, Özbəkistan isə 163-cü sıradadır. Estoniyanın adı siyahıya daxil edilməyib. Siyahıya əsasən, Özbəkistan post-sovet məkanının ən korrupsioner ölkəsi olduğu halda Litva ən şəffaf ölkəsi sayılır. Azərbaycan isə bu siyahıda 7-cidir. Özbəkistan yenə də korrupsioner statusunu qoruyur. Azərbaycan bu siyahıda 4-cüdür.

Mənsur Rəğbətoğlu 

Administratorla əlaqə

077 611-55-22

[email protected]