Ölkə

İdarə müdiri icra başçısı olmaq istəyir - Xocavəndə

28-09-2016, 11:43
Rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Eyvaz Hüseynovu devirmək istəyir.

Ölkədə büdcədən maliyələşən idarə və müəsissə rəhbərləri onlara ayrılan vəsaitləri müxtəlif yollarla silərək mənimsədikləri uzun müddətdir ki, mətbuatda işıqlandırılır. Son illər Azərbaycn Mədəniyyət və Turizm Nazirliyinin yerli rayon idarələrindəki mənimsəmələr korrupsiya faktları artıq açıq füsət alıb. Belə idarələrdən biridə ölkənin ən kiçik rayonlarından biri olan Xocavənd rayon Mədəniyyət və Turizm İdarəsidir. AzFakt.com-a Xocavənd rayonunda daxil olan məlumata görə Mədəniyyət və Turizm İdarəsinin müdiri Ramiz Balakişiyev yeni xəyallara düşüb. İdarə müdirinin illərdir Xocavənd Mədəniyyət və Turizm şöbəsini çapıb talamasından sonra böyük vəziələrə sahib olmaq iddiasına düşdüyü deyilir. 

AzFakt.com-a daxil olan məlumata keçməmişdən öncə qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir.  Saytımıza göndərilən məlumatda bildirilir ki, Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Balakişiyev kiçik bir rayonun idarəsi hesabına əməlli başlı "qaz vurub qazan doldurur". İdarə müdiri hər ay "ölü canlar"ın hesabına ən azı  4-5 min manat qaznc əldə edir. Rayonu Mədəniyyət və Turizm idarəsinin balansında olan mədəniyyət evləri, kitabxanalar və klubların əksəriyyəti formal olaraq fəaliyyət göstərir. İdarənin 7 mədəniyyət evindən 3 mədəniyyət evi, rayon Mədəniyyət evi, Tuğ Mədəniyyət evi, Xocavənd Mədəniyyət evi fəaliyyət göstərir. Bundan başqa Muğanlı, 1, 2 , 3 saylı Əmirallar, Salakətin, Haxullu, Günəşli, Köçbək, Xətai kənd klublarınında işləyən işçilərin çoxsunun yalnız adları və rəhbərləri var. Şöbə müdiri  1 saylı Kurapatkin, 1, 2 saylı Qaradağlı, 1,2 saylı Muğanlı, 1,2 saylı Əmirallar, Günəşli  və  Köçbək kənd kitabxanalarında "adı olan" özü olmayan işçilərin əmək haqqlarını mənimsəyir. 

Bu cür qaranlıq işlərin sayəsində kiçik oliqarxa çevrilən Ramiz Balakişiyevin könlünə daha böyük balıqlar düşüb. İddiaya görə Mədəniyyət və Turizm şöbəsinin müdiri Xocavənd rayon icra başçısı olmaq istəyir. Bu məsələ ilə bağlı artıq Ramiz Balakişiyevin Bakı şəhərində görülşər keçirtdiyi və icra başçısı Eyvaz HÜseynova qarşı "qara piar" apardığı deyilir. İdarə müdiri Eyvaz Hüseynovun 23 ildir icra başçısı vəzifəsini daşıdığını və artıq əvəzlənməsinin vaxtının çatdığını məclislərdə belə dilinə gətirdiyi iddia edilir.  İnformasiya mənbəmiz qeyd edir ki, Ramiz Balakişiyev bütün varidatını Xocavənd rayon icra başçısı olmaq yolunda xərcləmək qərarına gəlib.Şöbə müdirinin tez tez Bakı şəhərinə getməsi və orada bəzi şəxlərin qəbuluna düşməsi Ramiz Balakişiyevin icra başçısı olmaq fikrinin ciddi olduğunu sübut edən amillərdən biri olduğu deyilir.Yaxın günlərdə Ramiz Balakişiyevin Eyvaz Hüseynovla bağlı hansı kompramantları mətbuata ötürməsi ilə bağlı oxucularımız məlumatlandıracağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]