İqtisadiyyat

Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələri

28-09-2016, 11:18
Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 23-ü ilə müqayisədə dəyişməyərək 1,6292 manat olub.
 
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,43% möhkəmlənərək 1,8320 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 23-ü ilə  müqayisədə dəyişməyərək 0,0255 manat səviyyəsinə enib.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,94% ucuzlaşaraq 0,5479 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1136 manatdır. Beləliklə, funt sterlinq 0,53%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,65% ucuzlaşaraq 0,6992 manat təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]