Ölkə

“Respublikanski” xəstəxanadan Oqtay Şirəliyevi utandıracaq kadrlar – VİDEOFAKT

28-09-2016, 00:48
“Respublikanski” xəstəxanadan Oqtay Şirəliyevi utandıracaq kadrlar – VİDEOFAKT

6 il qaraciyər serrozundan əziyyət çəkən və dövlətin qayğısından mərhum olan 26 yaşlı Nahidə Həmzəyevanın Səhiyyə nazirliyinin qarşısında təkbaşına aksiya keçirməsi haqda məlumat verilmişdi. Sosial şəbəkələrdə və ölkə mediasında böyük rezonas yaradan həmin görüntülərdən sonra Səhiyyə Nazirliyinin rəsmiləri N.Həmzəyevanın dövlət xəstəxanalarında müalicəsinin mümkünlüyünü bildirərək əlavə etmişdilər ki, xəstə müalicə olunması üçün ona təklif olunan müəssisələrdən birində müalicəsinə başlaya bilər.
Aşağıdakı kadrlarda isə Nahidə Həmzəyevanın Səhiyyə Nazirliyinin göndərişi əsasında Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında üzləşdiyi utancverici problemlər əksini tapır. Saat 15:30 radələrində palataları bağlı xəstəxanada qaraciyər serrozu diaqnozu ilə göndərilən vətəndaşı "asma” xəstələrinin müalicə olunduğu palataya yerləşdirmək istəyirlər və ən maraqlısı budur ki, onları qarşılayan tibb bacısı bildirir ki, lüks palataları Lalə adlı təsərrüfat başçısı ilə Nabilə adlı şöbə müdiri "həll edir”. Azərbaycan səhiyyəsi üçün utancverici olan həmin kadrları təqdim edirik:(24saat.org)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]