Gündəm

BALAKƏNDƏ ÖZBAŞINALIQ: RƏİS İŞ ADAMINI NECƏ İNCİDİR?

27-09-2016, 22:28

 BALAKƏNDƏ ÖZBAŞINALIQ: RƏİS İŞ ADAMINI NECƏ İNCİDİR?Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir.

Bu barədə iş adamı «AzGlobus»a müraciətində deyib.

İş adamı bildirib ki,  2015-ci ilin iyul ayında polis rəisi ondan 5000 manat haqq tələb edib: "2015-ci ilin iyul ayında 5000 manat xərac verməli olduğumu bildirdi. Dedi ki, rahat işləmək istəyirsənsə, pulu verməlisən. Mən bu məbləği rəisə verməkdən imtina edəndən sonra problemlərim başladı”.

İş adamının sözlərinə görə, 2016-cı ilin aprel ayında isə rəis iş adamını kabinetinə çağırıb ona şəxsən xəbərdarlıq edib ki, 5000 min manatı verməsə, ona bu rayonda biznesini davam etdirmək imkanı verməyəcək. İş adamı bu dəfə şəxsən rəis Elnur Həsənova bildirib ki, işləyir, dövlətə vergi verir və onun kiməsə veriləcək artıq pulu yoxdur.

«3 gün əvvəl, bu ayın 24-ü dostlarımla rayondakı kafelərdən birində şam edirdim. Başqa masalardan birinin ətrafında da rəis Elnur Həsənov yeyib-içirdi. Bir neçə saatdan sonra mən dostlarımla vidalaşıb kafedən çıxdım. Maşınıma əyləşib evə yola düşdüm. Kafedən bir az aralanan kimi DYP maşını məni saxladı. DYP əməkdaşı mənim yaxşı tanıdığım şəxs idi. Mən maşından düşən kimi o üzrxahlıq edib dedi ki, qardaş bağışla indi rəis zəng vurub tapşırıq verib ki, səni tutub bölməyə aparaq və içib-içmədiyini yoxlayaq, amma mən bilirəm ki, içkili deyilsən. Təbii ki, mən içməmişdim. Gəldik polis idarəsinə. Polis əməkdaşları məni polis maşınına əyləşdirərək xəstəxanaya apardılar. Yarı yolda rəis polisi əməkdaşlardan birinə zəng vuraraq məni geri şöbəyə gətirməyi əmr etdi. Polis əməkdaşı mənə tərəf dönərək dedi ki, rəis deyir həkimi çağırın onu burada yoxlasın. Bunu sübut etmək üçün mənim əlimdə videofakt da var və lazım gələrsə, bu faktı əlaqədar orqanlara təqdim edə bilərəm.

Şöbəyə çatdıq. Bir həkim çağırdılar. Həkim gəldi yoxladı və dedi ki, bu vətəndaş spirtli içki qəbul etməyib. Bu haqda rəisə məruzə etdilər və o göstəriş verdi ki, daha bir həkim çağırın gəlsin yoxlasın. İkinci həkim də gəldi yoxladı və dedi ki, bu vətəndaş içkili deyil. Naəlac qalıb məni polis idarəsindən buraxdılar, amma maşınımı saxladılar şöbənin həyətində. Polis rəisi Elnur Həsənovun mənə qarşı bu özbaşınalığı bir ildir davam edir və bir ildir, o, məni obyektimi bağlamaqla və özümü də «ilişdirməklə» hədələyir», – deyə balakənli iş adamı bildirib.

Məsələ ilə bağlı sahibkar Şamil Qebeyev artıq ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Həmin müraciətin surətini də sizə təqdim edirik:
 
 
umb]

Administratorla əlaqə

077 611-55-22

[email protected]