İdman

“Qəbələ”-“Maynts”oyununa biletlərin qiyməti məlum oldu

26-09-2016, 16:45
“Qəbələ”-“Maynts”oyununa biletlərin qiyməti məlum oldu

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ” ilə Almaniya "Maynts”ı arasında Bakıda keçiriləcək oyunun biletləri satışa çıxarılıb. 

Xeberman.com klubunun rəsmi saytına istinadən məlumat verir ki, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ” - "Maynts” matçı saat 19:00-da başlayacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]