Media

İcra başçısı baş redaktoru həbslə hədələyir

26-09-2016, 16:04
İcra başçısı baş redaktoru həbslə hədələyir
"Nia.az” xəbər portalının baş redaktoru Bəhruz Əliyev Neftçalanın icra başçısı  İsmayıl Vəliyev tərəfindən təzyiqə məruz qaldığını və həbslə hədələndiyini bəyan edib.

Bu barədə Qaynarinfo.az-a məlumat verən baş redaktorun sözlərinə görə, bir neçə gün əvvəl "Nia.az” xəbər portalında  "Boss"-ların yağlı tikə uğrunda amansız savaşı - NEFTÇALADA"  başlıqlı tənqidi yazı dərc olunub. Məqalədə Neftçala rayonunun  İcra başçısı İsmayıl Vəliyevin və onun adamlarının özbaşınalıqları tənqid olunub. Özünü hüquq mühafizə orqanlarının işcisi  kimi təqdim edən şəxs saytın rəhbərini hədələyərək, həmin yazının internet resurslarından tezliklə qaldırılmayacağı təqdirdə onun həbs olunacağını bildirib. Hüquq mühafizə orqanlarının işçisi Bəhruz Əliyevə bildirib ki, İsmayıl Vəliyev yuxarılarla danışıb və onun həbs olunmağı an məsələsidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]