Mədəniyyət

Bakıda hind mətbəxi festivalı keçiriləcək

23-09-2016, 23:16
Bakıda hind mətbəxi festivalı keçiriləcək

Sentyabrın 25-də Bakıda hind mətbəxi festivalı keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən Xeberman.com-a bildirib ki, festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklər nümayiş olunacaq.

Festivalın keçirlməsində məqsəd azərbaycanlıları hind mətbəxi ilə yaxından tanış etmək, iki ölkə arasında mədəni əlaqələrin inkişafına dəstək verməkdən ibarətdir.

Festivalda qədim və müasir hind rəqsləri, musiqi nümunələri ilə yanaşı, müxtəlif əyləncə və oyunlar da təşkil olunacaq. Tədbir çərçivəsində müxtəlif satış-sərgilərin açılması da nəzərdə tutulub. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də satışa çıxarılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]