Foto Fakt

Azərbaycanda müəllim şəhidə heykəl qoydu – FOTO

22-09-2016, 15:31
Azərbaycanda müəllim şəhidə heykəl qoydu – FOTO

Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Xeberman.com"Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

R.Qarayev açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: 

"Samir mənim dostum olub. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: "İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev bu il aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

 

E.Ə.

Administratorla əlaqə

077 611-55-22

[email protected]