Mədəniyyət

Azərbaycanlı müğənniyə qarşı təxribat: milyonları silinib – VİDEO – FOTO

22-09-2016, 15:03

Azərbaycanlı müğənniyə qarşı təxribat: milyonları silinib – VİDEO – FOTO"Bəzi mərdiməzarlardan uzaq olmaq üçün qalmaqalsız həyat seçmişəm.”

Bunu mətbuata açıqlamasında müğənni İradə Mehri deyib. O, bəzi şou-biznes nümayəndələrini paxıllıqda ittiham etməklə yanaşı, həmçinin ona qarşı təxribat törədildiyini də söyləyib. Müğənni fikirlərini açıq şəkildə ifadə etməsə də, dolayısıyla konkret şəxsləri ifşa etməyə çalışıb:

"Tez-tez onunla el şənliklırində, tədbirlərdə üz-üzə gəlsəm də, ona önəm vermirəm, diqqət yetirmirəm. O, mənim üçün maraqlı deyil! Düşünürəm ki, insan məqsədinə çatmaq üçün ancaq irəliyə baxmalıdır. Kənardan daş atanlar olacaq, amma onlara fikir vermək lazım deyil. Mənim heç kimlə işim yoxdur, heç kimin də mənimlə işi olmasın! Əgər kimsə mənə qarşı səhv addım atarsa, cavabını da alacaq. Əsasən qız müğənnilərdən xahişim odur ki, paxıllıq deyil, rəqabət apara bilsinlər. Paxıllıq insanı irəliyə aparmır. Mənimlə rəqabət aparmasınlar, onları özümə rəqib bilmirəm. Sevdiyim müğənniləri bilmək istəyirlərsə, müğənni Adeldir. Azərbaycanda isə hər bir müğənnini dinləyirəm, Azərbaycanlı müğənniyə qarşı təxribat: milyonları silinib – VİDEO – FOTOhər bir müğənninin ifa etdiyi janra hörmətlə yanaşıram.

Sosial şəbəkədəki dostlarım da xoş münasibət göstərirlər, onlardan çox razıyam. Amma buna baxmayaraq, "Youtube”da mənə qarşı dəfələrlə təxribat olub. Belə ki, paxıllığımı çəkən şəxslər həm adımdan qondarma kanallar açırlar, həm də 7-8 milyona yaxın baxışı olan videolarımı siliblər. Onlar sildikcə, əksinə zövq alıram. Aydın olur ki, kimlərsə peşəkar işlərimdən narahatdır. Bunun üçün şəxsi "Youtube” video kanalımı açdım. Yeni işlərimi orada paylaşıram. Mətbuat vasitəsiylə həmin şəxslərə səslənirəm ki, yerləşdirilən mahnı videolarımı silməyə cəhd göstərməsinlər. Onsuzda faydasızdır...”

İradə, yaradıcılıq işlərin söz açaraq, yeniliklərdən danışıb. O, qeyd edib ki, həm aparıcı kimi fəaliyyət göstərəcək, həm də yeni duet Azərbaycanlı müğənniyə qarşı təxribat: milyonları silinib – VİDEO – FOTOortağıyla uğurlu işə imza atacaq:

"Simamın tanınmağı üçün mənə çox irad tutdular ki, mahnıların sevilir, amma siman tanınmır. Bu səbəbdən televiziya verilişlərinə aldığım dəvətləri dəyərləndirirəm. Üstəlik, yeni fotosessiyalarımla, yeni mahnılarımla məni sevənlərin qarşısına çıxacağam. Hörmət etdiyim bütün KİV nümayəndələri sağ olsunlar ki, həmişə mənə qarşı diqqətli olublar. Xüsusiylə onu da qeyd edim ki, inşallah yeni veriliş hazırlanacaq və həmin verilişin aparıcısı özüm olacağam. Verilişə sənət dostlarımı, ictimai xadimləri dəvət edəcəyəm.

Aranjemançı İlkin Həsən çox sağ olsun ki, mənim üçün "Bu da keçər” mahnısını mükəmməl şəkildə aranjeman etdi. Deyilənə görə, çox Azərbaycanlı müğənniyə qarşı təxribat: milyonları silinib – VİDEO – FOTOsevilir və çox bəyənilir. Ailəm, əzizlərim, ümumiyyətlə, məni sevənlər mahnını bəyənirlər. Mahnının musiqisi Arif Səlimova, sözləri isə Elçin Məhərrəmova məxsusdur.

Məşhur "Gecə-gecə” mahnısnın müəllifi, meyxana ifaçısı Asif Məhərrəmovla yeni işbirliyimiz olacaq. Onunla duet oxuyacağıq. Bilirəm ki, onu da sevənlər çoxdur. Həqiqətən də Azərbaycanda sözünü deyən ifaçılardan biridir. Baxmayaraq ki, meyxana ifaçısıdır, amma müğənni kimi uğurlu işlərin sahibidir.

Bundan başqa, "Susma, danış!”, "Sənsiz olmur” (sosial şəbəkələrdə reklamsız 1 milyon baxışı olub), "Axtar məni” (Qərbi Azərbaycan mahnısıdır) və başqa janrlarda mahnılar ifa etmişəm. Ümumiyyətlə, hər bir janrı sevirəm. Bunun üçün də hər janrda və müxtəlif dillərdə (Türk, rus, ingilis və s.) mahnılar ifa etməyə səy göstərirəm.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]