İdman

Tevez 25 milyon dollara "yox" dedi

21-09-2016, 01:56
Karlos Tevez Çindən gələn astronomik təklifi rədd edib.
 
Xeberman.com xəbər verir ki, "Juventus"dan ayrıldıqdan sonra "Boca Juniors"a keçən və karyerasını Argentinada davam edən Karlos Tevez haqqında maraqlı xəbər gündəmə gəlib.
 
Xəbərə görə, Çin komandalarından "Shanghai" klubu ulduz futbolçunu transfer etmək üçün ona həftəlik 480.000 dollar maaş təklif edib. Bu da illik əlavə gəlirlərlə birgə 25 milyon dollar edir. Tevez isə bu təklifi rədd edib.
 
Çin klubu daha əvvəl də Tevezi transfer etmək istəmişdi. Həmin zaman klub ulduz futbolçuya illik 20 milyon dollar maaş təklif etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]