Mədəniyyət

Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO

20-09-2016, 20:57
Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO

"Soyuq axşamlarda səndən xəbərsiz,
Axdı göz yaşlarım tək sənin üçün...
Qəlbim üsyan etdi, qaldı çarəsiz,
Yalvardı Tanrıya, varlığın üçün...”

Bu şeir parçası 20 yaşlı gənc ifaçı Banu Şücainin ifa etdiyi "Gözləyirəm” mahnısından bir hissədir.

Banu mətbuata açıqlamasında bildirib ki, mahnının sözlərinin müəllifi gözəl və tanınmış şairələrdən biri olan Leyli İsrafilovaya məxsusdur. İfaçı yaradıcı işin ərsəyə gəlməsindən danışıb:

"Mahnını dərindən hiss edib, ifa etmişəm. Mahnının bəstəkarı Aynur Adilqızıdır. O, çox gözəl lirik mahnılar bəstələyir.

Mahnının aranjeman müəllifi isə Samir Şirinovdur ki, o da çox istedadlı və işinin peşəkarıdır.”

Banu onu da qeyd edib ki, gələcəkdə digər janrlarda da mahnılar ifa etməyi düşünür. O, ən əsası hazırda lirik janrında mahnılar oxuyur ki, bu da dinləyicilərin böyük marağına səbəb olur.

Müğənni əlavə edib ki, dinləyicilər yaxın günlərdə "Gözləyirəm” mahnısını radio dalğalarında dinləyə biləcəklər.

Məlumat üçün bildirək ki, Banu Şücai 18 yaşında "Miss Globe Azerbaijan 2014” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Daha sonra isə "Səs Azərbaycan” ("The Voice of Azerbaijan”) yarışmasında iştirak edib. Yarışma zamanı Azərbaycanın xalq artisti Mübariz Tağıyev tərəfindən seçilib və ən çox müzakirəyə səbəb olan iştirakçılarından olub.

Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO
Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO
Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO

Banu üsyan edir: “Gözləyirəm” – VİDEO – FOTO
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]