İslam

İmam Əli (Ə) və Qədir Xum

20-09-2016, 03:35
İmam Əli (Ə) və Qədir XumMəhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarəti olan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən Sünni və Şiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir. Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı:

"– Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər: Allah və Peyğəmbəri daha yaxşı bilir!
– Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.
Məhəmməd "
Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər.Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir. Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğunu iddia etmişdirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]