Maraqlı

Çingiz xan avropalı olub?

19-09-2016, 22:00
Çingiz xan avropalı olub?

Monqolustan və Cənubi Koreya genetikləri müəyyən ediblər ki, Çingiz xan avropalılar üçün səciyyəvi sayılan haploqrupa aid olub. Alimlər Tavan-Tolqoy daş kömür mədəninin ərazisindən tapılan və Monqolustan imperiyasının banisinin ailəsinə məxsus olan yeddi şəxsin skeletinin genetik analizini aparıblar.

Xeberman.com xəbər verir ki, tədqiqatın nəticələri PLOS ONE jurnalında dərc olunub.

Araşdırma zamanı məlum olub ki, aşkar edilən insan qalıqlarının hamısı Qərbi Avropa və Cənubi Uralda yaşayan insanlara xas olan R1b-M343 haploqrupuna aiddir. Tədqiqatın nəticələri Çingiz xanın köklərinin Avropaya gedib çıxdığını deməyə əsas verir.

İndiyə kimi hesab olunurdu ki, Çingiz xan Şərqi Asiya üçün səciyyəvi sayılan C3c-M48 haploqrupuna aid olub. 

Qeyd edək ki, Tavan-Tolqoyda tapılan insan qalıqlarının yanında zərgərlik məmulatları da tapılıb. Alimlər üzərində Borciginlər (Çingiz xanın nəsli) sülaləsinin simvolu – şahinin əks olunduğu bu bəzək əşyalarına əsasən qalıqların Monqolustan xanının qohumların aid olduğunu güman ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]