İdman

“Neftçi” klubunun yeni icraçı direktoru müəyyənləşdi

15-09-2016, 02:00
“Neftçi” klubunun yeni icraçı direktoru müəyyənləşdi

"Neftçi” futbol klubunun yeni icraçı direktoru müəyyənləşib. 

Xeberman.com "Report”-a istinadən xəbər verir ki, bu vəzifəni Elnur Eyvazov icra edəcək.

Təyinat bu gün rəsmən reallaşıb. E.Eyvazov buna qədər ADCO reklam şirkətinin direktoru vəzifəsində çalışıb.

Klubun səhmdarları ilə görüşündən sonra əsas komandanın uğursuz nəticələri səbəbindən sabiq icraçı direktoru Elnur Məmmədov vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Eyvazov Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. 2005-2010-cu illərdə mətbuatda çalışıb. 2010 - 2012-ci illərdə "Meqa Sığorta” ASC marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.

2012-ci ildə E. Eyvazov "ADCO” MMC-ni təsis edib və bu günə qədər həmin şirkətin direktoru kimi çalışıb. Şirkətin əsas fəaliyyət növü reklam və marketinq xidmətləridir. Bundan əlavə o, Maliyyə və Fond birjalarında treyder kimi də aktiv fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]