İdman

“Neftçi”nin yeni baş məşqçisi – Məlum oldu

14-09-2016, 23:33

Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan "Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin "Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]