Media

Mitinqdən foto paylaşan jurnalist işdən qovuldu

14-09-2016, 22:32

APA-Holdinqin əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb.
Buna səbəb onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinqbarədə mübahisəsi olub. Eynulla Fətullayev həmin mitinqlə bağlı aksiya başlamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq Milli Şuranın fiaskoya uğradığını iddia edib. Fərahim İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Eynulla Fətullayev ona "Sən AXCP-də işləyirsən, yoxsa APA-da” deyə sual edib. Fərahim İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb. Bundan sonra Eynulla Fətullayevin yazişmanı Prezident Administrasiyasına gondərdiyi və APA-Holdinqin rəhbərliyinə Fərahim İlqaroğlunu işdən çıxarmaq tapşırığı gəldiyi bildirilir.

Jurnalistin işdən çıxarılmasına münasibəti belə olub: "APA Holding”lə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda "Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]