İdman

Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

13-09-2016, 21:16
Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

Moskva "Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib, Xeberman.com "R-Sport”-a istinadən məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin "MKT-Araz” klublarının şərəfini qoruyub.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]