Avto

Gürcüstanda hava taksiləri fəaliyyətə başlayır

12-09-2016, 18:17
Bu ilin noyabrından Gürcüstanda hava taksiləri fəaliyyətə başlayacaq. Hazırda "Adjara Group" şirkəti uçuşlara lisenziyanın alınmasını gözləyir. Lisenziya veriləndən sonra, təxminən noyabrın 15-də pilotlar birinci reyslərini həyata keçirəcəklər.

Virtualaz.org xəbər verir ki, bu barədə "Gruziya Online”a şirkətin baş direktoru Valeri Çxeidze məlumat verib. Şirkətin marketinq direktoru Berişvilinin sözlərinə görə, bu mərhələdə şirkət marşrutların sxeminin hazırlamasını və qiymət siyasətinin istiqamətini müəyyən edir.

Şirkətə məxsus təyyarələr ABŞ-dan alınıb. Bunlar hərbi aviatexnika istehsal edən Amerika şirkəti "Beech Aircraft" tərəfindən buraxılan "Beechcraft” təyyarələridir. Berişvilinin bildirdiyinə görə, "Aviator" brendi adı altında fəaliyyət göstərəcək hava taksisi vasitəsilə Kazbeqi, Batumi, Svaneti regionuna və Gürcüstanın təyyarələrin enməsi üçün meydançalar mövcud olan digər ərazilərinə reyslər mümkün olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]