Maraqlı

1 dəqiqədə 9940 mükafat - MARAQLI...

12-09-2016, 17:46
1 dəqiqədə 9940 mükafat - MARAQLI...
Zaman sürətlə ötür. Hər dəqiqə ilə həyatımızın geriyədönməz bir parçası bizdən uzaqlaşır. İk baxışda bir dəqiqə  vaxtın çox kiçik, heç bir əhəmiyyəti olmayan bir hissəsi kimi görünür. Ancaq həyatımız məhz bu ötən dəqiqələrdən ibarətdir. Nəsə xeyir bir işə həsr edilmiş hər dəqiqə gələcək həyatımızın bünövrəsini qoyur.

Bəs 1 dəqiqədə nə etmək olar?

1 dəqiqədə biz "Əl-Fafihə” surəsini 7 dəfə oxuya bilərik. Həmin surənin oxunmasına görə 1420 savab işin mükafatı var. Çünki "Əl-Fatihə” surəsi 142 hərfdən ibarətdir və  Allah Rəsulunun sünnəsinə görə, hər bir hərf üçün 10 qat mükafat yazılır. Bu minvalla surənin 7 dəfə oxunması  9940 mükafat vəd edir.


Bir dəqiqəyə insan "Sübhənəllahi və bihəmdihi” ("Bütün təriflər Allaha məxsusdur”) zikrini 100 dəfə oxuya bilər.  Həmin duanı hər gün oxuyan möminin günahları bağışlanar.


Bir dəqiqəyə biz "La ilahə illəllah”(Allahdan başqa Allah yoxdur”) duasını 50 dəfə oxuya bilərik. Bu, müsəlmanın imanını təsdiqləyən əsas sözdür.

Bununla belə, yadda saxlamalıyıq ki, ən yaxşı dualar gerçək işlərlə möhkəmlənən dualardır. Və işlərin ən yaxşısı daim görüləndir.


Bir dəqiqədə biz öz anamıza, atamıza, dostumuza, xanımımıza, övladımıza və s. zəng edərək onlarla münasibətləri möhkəmləndirə bilərik.
Bir dəqiqəyə biz əllərimizi yuxarı qaldırıb Allaha dua edə bilərik.
Bir dəqiqədə biz yolun ortasında insanların hərəkətinə mane olan olan hansısa daşı, ağacı ata bilərik.
Bir dəqiqədə başqa bir müsəlmanı salamlaya, bayramını təbrik edə, xoş sözlər söyləyə bilərik.
Allah dua və əməllərimizi qəbul etsin!

Sultan Laçın

Administratorla əlaqə

077 611-55-22

[email protected]