Media

"Aksiyadan razı qaldıq" - Tanınmış jurnalist

12-09-2016, 17:09
"Aksiyadan razı qaldıq" - Tanınmış jurnalist

Jurnalist İmdad Əlizadə atasının müalicəsinə yardım məqsədilə təşkil olunan xeyriyyə aksiyasından razı qalıb. 

Xeberman.com -un verdiy məlumata görə, Qaynarinfo.Az-a danışan jurnalist bildirib ki, "Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı aksiyasının iki gün ərzində keçirilməsi nəzərdə tutulsa da, sonradan Park Bulvarın rəhbərliyinin icazəsi ilə aksiya bir gün də uzadılıb:"Bu üç gün müddətində 600 nüsxə kitabdan 436-sı satıldı. Aksiyada yüzlərlə insan iştirak etdi. Millət vəkilləri, KİV rəhbərləri, dövlət orqanlarında işləyən şəxslər, jurnalist həmkarların, laçınlı ziylılar, atamın dostları bizə dəstək oldu. Aksiya mətbuatın diqqətində oldu, geniş rezonans doğurdu”. 

İmdad Əlizadə bildirib ki, xeyriyyə tədbirindən 7800 manat vəsait yığılıb: "Bu isə atamın Mərkəzi Kliniki Xəstəxanada daha bir ay müalicəsini təmin edəcək". 

Jurnalist bu işdə ona dəstək olan hər bir kəsə təşəkkür edib.

Qeyd edək ki, jurnalist İmdad Əlizadənin atası yazıçı-publisist Əli Əliyev keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alıb və yeddi aydır komadadır. 

Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində” kitabı təkrar nəşr edilərək, onun müalicəsi məqsədilə satışa çıxarılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]