Gündəm

Milli Şuranın mitinqi başladı Yenilənir FOTO

11-09-2016, 17:52
Milli Şuranın mitinqi başladı Yenilənir FOTOMilli Şuranın mitinqi bu gün saat 17:00-da başlayıb. 

İcazəli mitinq "İnşaatçılar” metrosunun yaxınlığındakı "Məhsul” stadionunda keçirilir. 

Xeberman.com-un əməkdaşının verdiyi məlumata görə, mitinqdə əsas şüar kimi "Siyasi məhbuslara azadlıq” tələbinin səsləndirilməsi qərara alınıb.
 
Milli Şuranın mitinqi başladı Yenilənir FOTOMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına aksiya iştirakçılarını salamlamaqla başladı: "Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.

Çıxış üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə verilib.

"Ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyətdir”

Aksiya dövlət himninin səsləndirilməsiylə açıq elan edildi. Mitinqin aparıcısı AXCP RH üzvü İlham Hüseyndir: "Salam olsun dövlətinin və xalqının taleyinə biganə qalmayam mərd insanlara. Salam olsun şərə boyun əyməyən haqqın səngəlində dayanan mərd insanlara. Bizim Şərqdən, Qərbdən gözləntimiz yoxdur. Bizim arxayın olub mübarizə aparacağımız yeganə qüvvə xalqdır. Bu ölkəyə demokratiyanı bu Milli Şuranın mitinqi başladı Yenilənir FOTOxalq gətirəcək. Heç bir rejim xalqın qarşısında duruş gətirə bilməz. Sizlərin, xalqın köməkliyi ilə bu avtarizm dağını dağıdacağıq. Bu meydanda xeyli atalar, analar görürəm. Biz həmişə övladımıza nəsə qoyub getmək istəmişik. Amma ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyət qurmaqdır. Dünya yaranandan xeyirlə şərin mübarizəsi gedib. Amma sonda həmişə xalq qalib gəlib. İnşallah biz də qalib gələcəyik. Əgər bir ölkənin hər yeri qızıla dönsə, amma o ölkədə qanun şah deyilsə o qızılın dəyəri olmaz. Əsas normal hökümətin olmağıdır. Böhranlı vəziyyətdə islahat aparmaq əvəzinə xalqın üstünə gəlirlər, onun aksiyada iştirakına mane olmağa çalışırlar. Amma bu cəmiyyətin işıqlı üzləri haqq yolundadır”.

***

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

Hazırda AXCP sədri Əli Kərimli çıxış edir. Ə.Kərimli çıxışına siyasi məhbuslara salam söyləməklə başladı. "Bu mitinq xalq hərəkatının başlanğıcıdır”.

Ə.Kərimli meydanla növbəti mitinqin vaxtını razılaşdırdı. Növbəti aksiya 17 sentyabr saat 15.00-a təyin edildi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]