İdman

“Neftçi” səhərə qədər iclas keçirib, radikal qərarlar qəbul edib

11-09-2016, 13:06
“Neftçi” səhərə qədər iclas keçirib, radikal qərarlar qəbul edib

Ötən gün baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Xeberman.com klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.

Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri, eyni zamanda klubun yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib, bu transferlərin reallaşdırılmasında rolu olan şəxslərin ciddi şəkildə cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb.

Digər qərara görə, "Neftçi”nin hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Həmçinin əsas komandanın məşqçi heyəti və klubun inzibati heyətinin dəyişdirilməsi qərara alınıb.

"Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək. "Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq”, - deyə məlumatda bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]