Mədəniyyət

Xərçəng xəstəsi olan rejissor halallıq istədi

11-09-2016, 03:10
Xərçəng xəstəsi olan rejissor halallıq istədi

Tanınmış rejissor Şahin Zəkizadə dostları və yaxınları ilə halallaşıb.

Xeberman.com-un məlumatına görə, bu günlərdə səhhətində ciddi problemlərin olduğu üzə çıxan Zəkizadə onlardan halallıq istəyib:

"Allahın salamı olsun, əziz dostlarım, qohumlarım, məni tanıyan və tanımayan hər kəsə. Mənimlə bu günlərdə olduğunuz üçün təşəkükr edirəm. Reallıqla barışmaq çətin olsa da, bildikləriniz düzdür. İlk növbədə Allahımdan bağışlanmağımı dua edirəm. Sizlərdən kiminsə nə vaxtsa ya haqqına girmişəm, ya xətrinə dəymişəmsə, halal edin. Elə bil ki, yuxu görürəç... Bu yuxudan ayılmaq üçün dəstəyinizə və dualarınıza böyük ehtiyacım var. Allah hər birinizi qorusun".

Qeyd edək ki, rejissora qan xərçəngi diaqnozu qoyulub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]