Maraqlı

Qaralmış gümüş bəzək əşyalarını parıldatmağın üsulları

9-09-2016, 21:33
Qaralmış gümüş bəzək əşyalarını parıldatmağın üsulları

Xeberman.com qaralmış gümüş bəzək əşyalarını (boyunbağı, üzük, sırğa və s.) parıldatmağın asan üsullarını təqdim edir:

1) Qabartma tozu ilə.

1-ci üsul: Bir miqdar suya qabartma tozu əlavə edilərək xəmir konsistensiyası əldə edilir. Yumşaq və nəmli bez, ya da təmiz süngərin köməyi ilə qarışıq gümüş boyunbağı üzərinə gəzdirilir. Qarışıq daha çox qaraltı olan nahiyədə bir müddət saxlanılır. Gümüş bəzək əşyası su ilə yaxşıca yuyulduqdan sonra qurulanır.

2-ci üsul: Gümüş boyunbağı parlaq səthi çölə baxacaq şəkildə alüminium qab (qazan) içərisinə qoyulur. Üzərinə qabartma tozu səpilir və bir miqdar qaynar su əlavə olunur. Qabın qapağı bağlanır. 30 saniyə və ya ən çox bir dəqiqə müddətində boyunbağı həmin qarışığın içərisində saxlanılır. Daha sonra qabdan götürülərək krant suyu ilə yuyulur, yumşaq bezlə qurulanır.

2) Diş məcunu ilə.

Boyunbağı kifayət qədər diş məcunu (uzun bir boyunbağı üçün bir çay qaşığı diş məcunu) ilə yaxşıca ovulur. İsti su əlavə olunaraq boyunbağı üzərindəki məcun köpdürülür. Diş məcunu yumşaq diş fırçası ilə boyunbağının bütün səthinə yaxşıca yayılır. İlıq su ilə üzərində heç bir qalıq buraxmadan yaxşıca yuyulur. Kağız dəsmal üzərinə qoyulur, boyunbağının quruması gözlənilir. Daha sonra boyunbağı yumşaq bezlə ovuşdurulur.

3) Ağ sirkə ilə.

Yarım fincan ağ sirkə ilə 2 yemək qaşığı qabartma tozu bir qaba tökülür və yaxşıca qarışdırılır. Boyunbağı həmin qarışığa salınır. 2-3 saat gözlədikdən sonra soyuq krant suyunun altında yaxşıca yuyulur. Yumşaq, təmiz bez ilə qurulanır.

Aytən Sadıqzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]