Maraqlı

Türklər kabab çəkdi, London ayağa qalxdı

7-09-2016, 23:24
Londonda yaşayan bir türkün kabab istəyi şəhəri bir-birinə qatıb.
 
Xeberman.com xəbər verir ki, Bəykozlu Tuncay adlı türk oğlunun restoranının həyətində kabab çəkib.
 
Lakin kabab tüstüsünə alışmayan sakinlər yanğın olduğunu zənn edərək əraziyə yanğınsöndürən briqadalar cəlb ediblər.
 
"Kabab çəkirdik, iki yanğınsöndürən maşın gəldi, ara qarışdı. Hazırda yanğınsöndürənlərlə birgə kabab yeyirik”, - B.Tuncay açıqlamasında deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]