Avto

Oğurlanmış avtomobil düz 46 ildən sonra sahibinə qaytarıld

7-09-2016, 01:48
Oğurlanmış avtomobil düz 46 ildən sonra sahibinə qaytarıld
1967-ci ildə özünə o dövr üçün olduqca bahalı kabriolet alan Nyu-Yorklu vəkil İvan Şnayderin sevinci cəmi bir il çəkib. Belə ki, bir il sonra onun "Jaguar XK-E” avtomobili oğurlanır. Polisin axtarışlarına baxmayaraq avtomobili tapmaq mümkün olmur və buna görə də bir müddət sonra müvafiq axtarışa son verilir.

Bu yaxınlarda Manhettendən Hollandiyaya istiqamət alan yük gəmisinin konteynerində sənədləri şübhə doğuran kabrioletin aşkar olunması vəkilin itmiş "Jaguar”ı ilə bağlı mövzunu aktuallaşdırıb. Məlum olub ki, bu avtomobil məhz amerikalı vəkilə məxsus kabriolet imiş.

Beləliklə oğurlanmış avtomobil düz 46 sonra sahibinə qaytarılıb. İndi bu hadisə Mayamidə yaşayan 82 yaşlı təqaüdçü İvan Şnayderə ömrünün ikinci cavanlığını bəxş edib. Mütəxəssislərin rəyinə görə indi bu "bir parça paslanmış metal”ın qiyməti təxminən $ 23 mindir. Lakin ona əl gəzdirilərsə  qiymət təxminən 100 min dollaradək yüksələcək, bəlkə də daha çox olacaq.  Söhbət ondan gedir ki, hazırda "Jaguar XK-E” nadir nüsxələrdən hesab edilir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]