Avto

Ölkədə ən çox hansı avtomobil sürülür?

7-09-2016, 00:12

Azərbaycanda sürücülərin daha çox istifadə etdiyi avtomobillərin siyahısı açıqlanıb.

 

 

Xeberman.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiKamran Əliyev bu barədə açıqlamasında Azərbaycanda ən çox sürülən avtomobilin "VAZ” markalıolduğunu söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 430 mindən yuxarı "VAZ” markalı avtomobildən istifadə olunur.

İkinci yeri 160 min avtomobillə "Mercedes” markası tutur. Üçüncü yerdə isə "Hyundai” markalı avtomobillər durur. Azərbaycanda 50 minə yaxın sürücü bu markadan istifadə edir.

K.Əliyev bildirib ki, sonrakı dördüncü yeri (20 mindən çox) isə "BMW” markalı avtomobil tutur.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 1 milyon 600 min avtomobil qeydiyyatdadır.Fərid Ədalət

Administratorla əlaqə

077 611-55-22

[email protected]