Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivallarında iştirak edəcək

6-09-2016, 19:53
Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivallarında iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr-noyabr aylarında dörd Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, kollektivi oktyabr ayında Permdə keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında, Vilnus və Visaqinas şəhərlərində keçiriləcək "Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştirak etmək üçün dəvət alıb.

Kollektiv noyabr ayında isə Moldova Respublikasının Kişinyev şəhərində keçiriləcək "Moldfest.Rampa.Ru” VIII Beynəlxalq Teatr Festivalına qatılacaq, eləcə də Kalmıkiya Respublikasında fəaliyyət göstərən Kalmık Milli Dram teatrında qastrol səfərində olacaq.

Teatr II Beynəlxalq Martin MakDonax Teatr Festivalında Martin MakDonaxın "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcək.

Oktyabr ayının 11-dən 17-ə dək Vilnus və Visaqinas (Litva) şəhərlərində baş tutacaq "Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında isə kollektiv S.Bekketin "Sössüz” monotamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı əməkdar artist Şövqü Hüseynovdur. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]