Maraqlı

Möhtəşəm Dördlük: Cəmiyyətin 1 nömrəli düşmənləri!

4-09-2016, 02:02
Möhtəşəm Dördlük: Cəmiyyətin 1 nömrəli düşmənləri!
IXX əsrin sonları və XX əsrdə Dünyaya səs salmış, insanların həm qorxduğu, həm də sevdiyi, dövlətlər tərəfindən cəmiyyətin 1 nömrəli düşməni elan edilmiş ən qatı cinayətkarları sizə təqdim edirik.

1. Con Dillinger (1903-1934)

John Dillinger (1903-1934)

Böyük Depressiya vaxtlarında ABŞ-da yaşamış və kasıb əhali arasında özünü "Robin Qud" kimi göstərmiş bir cinayətkardır. O, "kasıbları soyaraq varlanmışları" - bankları soyurdu. Xanımların sevimlisi gimi tanınan Dillinger, əfsanəyə görə, bir gecəsini belə tənha keçirməmişdir. 

"Bank soymaq üçün nə qədər vaxt lazımdır? Tam olaraq 1 dəqiqə 40 saniyə" gülümsəyərək cavab verirdi. Təxminən 20 bank, 4 polis şöbəsi soymuş, 2dəfə həbsxanadan qaçmışdır. O hətta prezident Ruzveltin belə diqqətini cəlb etmişdi. 

ABŞ-da ilk olaraq baron Lamma-nın taktikasından istifadə etmiş, bank soyğunlarını hərbi manera ilə - kəşfiyyat, hər addımın dərindən düşünülməsi və bir-neçə qaçış variantı ilə həyata keçirmişdir. Deyilənlərə görə, o, tarixdə ilk dəfə olaraq insanları girov götürməyə və onlardan canlı qalxan kimi istifadə etməyə başlamışdır. 

FBI tərəfindən "Cəmiyyətin Bir Nömrəli Düşməni" elan edilmiş və onun həbsi üçün xüsusi dəstə yaradılmışdır. 22 İyul 1934-cü il tarixində, satqınlıq nəticəsində kinoteatrdan çıxarkən FBI əməkdaşları tərəfindən güllələnmişdir. 

2. Pablo Eskobar (1949-1993)

Pablo Escobar (1949-1993)

Dillinger kimi onu da çoxları "Robin Qud" hesab edirdilər və o bununla qürur duyurdu. "Hətta hökumətdəki insanlar belə dana bilməz ki, mən kasıblar üçün onların hamısının həyatı boyu etdiyindən qat-qat çox etmişəm" -deyə, iddia edirdi. Amma Amerikalı soyğunçudan fərqli olaraq, Eskobar terror aktları təşkil edir, killerlər göndərir, istədiklərini cəzalandırmaq üçün dəstələr göndərirdi. 

"Məni Allah hesab edin. Çünki, əgər mən hesab edirəmsə ki, kimsə ölməlidir - o, elə həmin gündə cə ölür" deyən Eskobar "hətta Allahlar belə səhv edir" deyə düşünürdü. 

1990-cı ildə Eskobar artıq təkcə 1 ölkədə deyil, bütün dünyada bir nömrəli cinayətkar hesab edilirdi. Onu həm Kolumbiya, həm də Amerika xüsusi xidmətləri axtarırdı. Oğlu Sebastian xatırlayır ki, bir dəfə dağlarda gizlənərkən Eskobar ailəsini qızındırmaq üçün 1.964.000$-ı yandırmışdı. Onun ailəsini və ətrafındakıları sevməsi, onlar üçün hər şeyə hazır olması və "yuxarıdakılara" qarşı bivec yanaşması onu kasıbların sevimlisi etmişdi. 1993-cü ildə 3 snayper gülləsi ilə öldürülmüşdür. 

3. Jak the Ripper

Jack the Ripper

"The Whitechapel Murderer" və "Leather Apron" ləqəbləri də onundur. Yuxarıda göstərdiyimiz cinayətkarlar kimi o da polisin başına min cür oyun açmışdır. Amma onlardan fərqli olaraq yaxalanmamışdır. Dəhşətli qatil öz qurbanlarının boğazını kəsir, bəzilərinin iç orqanlarını çıxarırdı. Hədəfi fahişələr olan bu qatilin kimliyi haqqında heç bir dəqiq məlumat yoxdur. Ekspertlər onun 4-lə 15 arası insan öldürdüyünü, bəziləri isə onun ümumiyyətlə qadın olduğunu düşünürlər. Onun 5 qurbanının fahişə olaraq fəaliyyət göstərmiş və 1888-ci ildə öldürülmüş qadınlar olduğu düşünülür. 

"Jack the Ripper" adlandırılan bu qatil "Cəhənnəmdən Məktub" (elə belə də yazılmışdı "From Hell") ilə məşhurdur. Məktuba həmçinin qurbanlarından birinin böyrəyinin yarısını da qoymuşdur. Məktubun müəllifi iddia edirdi ki, böyrəyin digər yarısını qızardıb yeyib. 

Psixopat-qatilin kimliyini müəyyən etmək mümkün olmamışdır. 

4. Viktor Lustiq (1890-1947)

Victor Lustig (1890-1947)

Tarixə Al Kaponeni aldatmış, 2 dəfə Eyfel qüləsini satmış insan kimi düşmüşdür. 45-dən çox ləqəbi olmuş bu fırıldaqçı satışdan sonra işləməyən "dollar aparatları" satmış, həbsxanadan qaça bilmişdir. 

Al Kapone ilə olan mözu xüsusi diqqətə layiqdir. Qanqsterə özünü Qraf kimi təqdim etmiş Lustiq ondan 50000$ borc pul istəmiş və 100000$ qaytaracağına söz vermişdir. Bundan sonra 2 ay pula dəyməmiş və Al Kaponenin yanına gəlmişdir. Ona istədiklərini edə bilmədiyini və buna görə də 100000$ qaytara bilməyəcəyini demiş və 50000$-ı geri qaytarmışdır. 

Bundan təsirlənən mafioz: "Mən ya 100000$, ya da heç nə gözləyirdim. Amma mənim pullarımı geri qaytarmaq... Siz düzgün insansınız! Əgər çətinliyiniz varsa heç olmasa bunu götürün" deyərək Lustigə 5000$ vermişdir. Elə Lustiq də bunu gözləyirdi.

Əsas işini isə Eyfel qülləsini sataraq etmişdir. Bu gün çoxları Eyfel qülləsinin həmişəlik qoyulduğunu fikirləşir. Əslində isə ilk vaxtlarda Eyfel qülləsi 20 illik qoyulmuşdur. Sonra hər dəfə bu müddət uzadılmışdır. 1925-ci ildə növbəti dəfə onun sökülməsi haqqında söhbətlər gedirdi. Lustig qözünə saxta dövlət məmuru sənədləri düzəltmiş və Fransanın 5 ən böyük metal satıcıları ilə məzələnərək Eyfel qülləsini almağı təklif etmişdir. Nəticədə aldanmış Andre Puasson Eyfel qülləsini "alıb". Aldadıldığını başa düşəndə, "qraf" artıq Venada 1 çamadan pulla gizlənmişdi.

Bundan sonra həyata keçirdiyi maxinasiyadan həvəslənmiş Lustiq 2-ci dəfə Eyfel qülləsini satmaq istəmişdir. Bu dəfə isə ehtiyatlı alıcı "hər ehtimala qarşı" onun sənədlərini polisdə yoxlatmaq istəmişdir. 

Fransa ədalətindən Lustiq ABŞ-a qaçmış, lakin elə orda da saxta dollar buraxılışı və həbsxanadan qaçışa görə 15 il iş alıb, nəticədə 1947-ci ilin martında Alkatras həbsxanasında ölmüşdür.(kenquru.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]