Yaşam

2020-də dünyanın yarısı “evdən işləyəcək”

2-09-2016, 00:23

Dünyada internet istifadəsi 50%-ə yaxınlaşır. Mütəxəssislər, qarşıdakı dörd il ərzində əmək həyatının da böyük miqyasda mobilə keçəcəyini proqnozlaşdırır.

Mobil işçi tendensiyanın getdikcə artdığı dünyada şirkətlər və işçilər, özlərini rahat hiss edəcəkləri rabitə kanallarını seçməyə davam edirlər.

Araşdırmaya görə, dörd il ərzində dünya əhalisinin internetə giriş faizi 50% çatacaq, oxşar nisbət iş həyatına da əks olunacaqdır.

 

Fortune Global 500 siyahısında şirkətlərin təxminən 75%-nə xidmət gösətrən proqram şirkəti "Unify” tərəfindən aparılan tədqiqatda 2020-ci ildə işçi qüvvəsinin 50%-nin çevik iş sisteminə keçəcəyi proqnozlaşdırılıb. Tədqiqatda həmçinin beş il ərzində iclasların 94%-nin internet mühitində keçiriləcəyi qeyd edilib.

"Unify” hesabatında həmçinin "Şirkətlər, bu yeni iş sistemi ilə ayaqlaşmaq üçün texnologiya və insan resursları departamentləri başda olmaqla investisiya edirlər” ifadəsinə yer verilib.

VAXTIN ÜÇDƏ BİRİ E-MAİL NƏZARƏTİNƏ XƏRCLƏNİR

Mövcud vəziyyətdə dünyadakı işçilərin sayının 37,2%-ni mobil çalışanlar təşkil edir.

Həm mobil, həm ofis şəraitində işləyənlərin ən çox vaxt ayırdığı əməliyyat e-poçt nəzarətidir. Mckinsey Global Institute tərəfindən aparılan araşdırmaya görə, işləyən həftəlik iş saatının 28%-ini e-poçtuna nəzarət etməklə keçirir. The Radacati Group-un keçirdiyi başqa bir araşdırmaya görə, isə işləyənlər, gündə orta hesabla 121 ədəd e-poçt göndərib alır. (Marja)

Administratorla əlaqə

077 611-55-22

[email protected]