Texnologiya

Canlı yayım və canlı bomba

1-09-2016, 20:40
Canlı yayım və canlı bomba

Okeanın ən dərinliklərinə qədər, səmanın ən yüksəkliklərinə qədər kəşf edən insan, dünyanı çox dəyişdirmişdir.



Dünya, qədim tarixdən günümüzə çox ciddi gözlənilməz yeniliklərə imza atmışdır.
Bunların ən uğurlusunu texnolojidə olan inkişafı göstərmək olar.
Dünənə qədər bizlər kompyuterdə bütün işlərimizi görürdüksə, bu gün artıq rahatlıqla əlimizdə olan "ağıllı telefon"la bir çox işlərimizi görürük.
Mütəxəssislər smartfonların bu gün bir tankdan və ya döyüş təyyarəsindən daha güclü olduğunu vurğulayır.
Xeberman.com bildirir ki, araşdırmalara görə, Amerikanın kosmosa göndərdiyi texnolojidən smartfonlar daha ağıllıdır.
Canlı yayım ilə biz əvəllər yalnız televizorda tanış idik. Zamanla internet üzərindən, sonrasında "youtube" qədər irərliləsə də, bir o qədər uğur qazanmadı.
Canlı yayımda ilk inqilabi "facbook" etdi.
Dünənə qədər bir canlı yayımı həyata keçirmək üçün xüsusi cihazları quraşdırmalı, canlı yayıma tam hazır olmalı, sonra isə canlı yayımı gerçəkləşdirməli idin.
Bu qədər əziyyətin qarşılığında isə real izləyici elə də rekord həddə çatmırdı.
"Facebook" bütün medianı dəyişdirəcək, jurnalistlərin, politoloqların işini rahatlaşdıracaq bir ilkə imza atdı...
Bu ilk əslində çox sadə idi: bir düyməyə toxunmaqla canlı yayıma keçəcəkdin.
"Facebook" canlı yayıma gedərək daha da genişlənir və çox rekord izləyici sayına çatılır.
Artıq sadəcə canlı yayım deyil, canlı həyata keçid deyə bilərik buna. Həyatımızın istənilən anını bir toxunuşla, müəllim öz dərslərini, natiqlər öz çıxışlarını, jurnalistlər öz işlərini, real həyatda qarşılaşdığımız maraqlı hadisələri anında canlı bölüşə bilərik.
Bu texnoljidə çox müsbət və təqdirəlayiq bir irəliləyişdir.
Ancaq elə də xoş olmayan, dünyanın günü qara edən və böyük təhlükə kimi dünyanı bürüyən canlı bombadan danışmaq yerinə düşər.
Canlı bomba hər an daşıyıcısı tərəfindən partlaya biləcək bir təhlükədir.
Bəli, heç xoş səslənmir. Ancaq canlı bomba hər an yüzlərlə insanın yaşıyışına son qoya biləcək bir reallıqdır.
Dünya fəth etdikləri bu qədər tərəqqiyə baxmayaraq, öz canlı yayımı ilə müsbət dəyişiklərə imza atdığı kimi, canlı bombası ilə isə insaniyyəti ayaqlar altına atır. Öz rəzil hədəflərinə çatmaq üçün insan canını ən ucuz məqsəd sayır və onu istənilən yerdə bomba kimi partladırlar.
Canlı bomba hələ də həll olunmamış problem olaraq qalır.
Canlı yayım ilə müsbət dəyişiklərə yol açan dünya, şübhəsiz canlı bomba təhlükəsini də göz önünə almalı idi.
Dünyanı bürüyən bu təhlükədən, bu narahatçılıqdan, bu virusdan təmizləmək lazım idi...
Çox təəssüf, bunun üçün heç bir real tədbir hələ ki, görülmür...

Administratorla əlaqə

077 611-55-22

[email protected]