Layihə

Qubada QHT nümayəndələri üçün təlim keçirilib

1-09-2016, 00:27

Qubada QHT nümayəndələri üçün təlim keçirilibAvqustun 31-də  Quba Regional Resurs və Təlim Mərkəzində  region vətəndaş cəmiyyəti  nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda  təlim keçirilib

 

 

Təlim  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən   həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

 

 

Qubada QHT nümayəndələri üçün təlim keçirilibTəlimə Quba və Xaçmazda fəaliyyət göstərən 15 QHT nümayəndəsi qatılıb.

 

 

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az)  elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Qubada QHT nümayəndələri üçün təlim keçirilibXatırladaq ki,  www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni  zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır. Layihə çərçivəsində elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı ilə bağlı Bakı şəhərində  təlimlər keçirilib. Növbəti təlimlərin Şirvan, Mingəçevir və Gəncə şəhərlərində keçirilməsi planlaşdırılır.

 
Qubada QHT nümayəndələri üçün təlim keçirilib
Qubada QHT nümayəndələri üçün təlim keçirilib
Qubada QHT nümayəndələri üçün təlim keçirilib
Qubada QHT nümayəndələri üçün təlim keçirilib

Administratorla əlaqə

077 611-55-22

[email protected]