Maraqlı

İlk noutbuk yaradıcılarından biri vəfat edib

31-08-2016, 21:37
İlk noutbuk yaradıcılarından biri vəfat edib

Dünyanın ilk noutbuk yaradıcılarından biri Con Allenbi avqustun 17-də ABŞ-da vəfat edib. 

Bu barədə "The New York Times” nəşri 10 gün sonra alimin oğluna istinadən məlumat verib.

75 yaşında dünyasını dəyişən C.Allenbinin ölüm səbəbi hələ ki məlum deyil.

Xeberman.com-un məlumatına görə, "ICTnews” Elektron Xəbər Xidməti "DNI24” resursuna istinadən yazır ki, Böyük Britaniyada anadan olan C.Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında "Grid Systems” şirkətini təsis edib.

O, konstruktor Uilyam Moqqric ilə birlikdə ixtiraçılar qrupu yaradaraq 1982-ci ildə bazara çıxarılan ilk portativ "Compass” kompüterini hazırlayıb. Kompüterin ilk alıcıları kimi adi istehlakçılar deyil, ABŞ-ın xüsusi təyinatlı qoşunları və xüsusi xidmət orqanları çıxış edib.

Belə portativ kompüterlərdən biri 28 yanvar 1986-cı ildə uçuşun 73 saniyəsində partlayan "Challenger” kosmik gəmisinin göyərtəsində olub.

Qəza yeddi ekipaj üzvünün həyatına son qoysa da, "Compass” möcüzə nəticəsində salamat qalıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]