Maraqlı

ABŞ əsgərləri Lixtenşteyn yolunda azdı

31-08-2016, 16:28
Almaniyanın Ramştayn hava bazasında xidmət edən iki amerikalı əsgər dünya mətbuatının gündəminə gəlib.
 
Xeberman.com xəbər verir ki, adı açıqlanmayan hərbçilər Mərkəzi Avropanın ən kiçik dövləti olan Lixtenşteynə səyahət etmək üçün yola çıxıblar.
 
Lakin dövlətin adını səhv tələffüz etmələri onların Lixtenşteynə yox, Almaniyanın Saksoniya əyalətində yerləşən Lixtenştayn qəsəbəsinə gəlib çıxması ilə nəticələnib.
 
600 kilometr yolu səhv gələn hərbçilərə qəsəbədəki oyuncaq muzeyinin müdiri Yorq Flaminq yardım edib. O, amerikalıları qatara mindirərək Lixtenşteynin paytaxtı Vaduts şəhərinə yola salıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]