İqtisadiyyat

Bu günün rəsmi valtuya məzənnələri

30-08-2016, 13:07
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən musavat.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,27% zəifləyərək 1,8188 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi 0,15% zəifləyərək 0,5507 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1304 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,77% azalaraq 0,7078 manat təşkil edib.

 
 
4119 DƏFƏ OXUNUB

Administratorla əlaqə

077 611-55-22

[email protected]