Avto

Azərbaycanda avtomobillər sürətlə bahalaşır

30-08-2016, 00:25
Azərbaycanda avtomobillər sürətlə bahalaşır
Bu gün maşın bazarında qiymətlərdə artım müşahidə olunur.

Bu, xüsusən "birinci əl”, yəni yeni avtomobillərə aiddir. Çünki, onlar xaricdən dollarla alınır və satışı da uyğun olaraq yüksək qiymətə həyata keçirilir. "İkinci əl” maşınların alış-satışında isə ötən illərin müvafiq dövrünə nisbətən enmə müşahidə olunur. Hazırda isə əlindəki vəsaiti reallaşdırmaq istəyənlər gözləmə mövqeyindədir.

Məsim Abadov- müstəqil ekspert: "Qiymətlərin dəyişməsi insanları qeyri-ixtiyari ehtiyatlı hərəkət etməyə, əlində olan valyutanı birdən-birə dövriyyəyə buraxmamağı, müəyyən məbləğə qənaət edib saxlamağı, alış-verişi daha az risklə etmək üçün azaltmağı gətirib ona çıxarır. Bu da dövriyyəni azaldır. Dünya bazarında yaxın illərdə bir neçə faiz ikirəqəmli olmasa, qalxma-enmə müşahidə olunacaq. Xarici valyutanın yerli valyutaya qarşı möhkəmlənməsi hələ ilin sonunadək davam edəcək”. (Region TV)Azərbaycan

Administratorla əlaqə

077 611-55-22

[email protected]